`Azərbaycan üstünlük əldə edib`- Erməni döyüşçüdən etiraf
02:05 17 May 2016
Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş “Sasun” dəstəsinin keçmiş üzvü Arşavir Bozinyan cəbhədə baş verən son döyüş toqquşmalarında Azərbaycanın üstünlük əldə etdiyini etiraf edib.
Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, o, Azərbaycan kəşfiyyatının yaxşı işlədiyini xüsusi qeyd edib:
“Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. Onlar bizim hazır olduğumuzu, yaxşı silahlandığımızı bilsəydilər, belə addım atmazdılar. 20 il ərzində onlar silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular. Azərbaycanın silahlandığı barədə dəfələrlə deyilib. Atəşkəs olsa da, müharibə başa çatmayıb. Hər an müharibəyə hazır olmaq lazımdır”.
O, aprelin əvvəllərində erməni tərəfinin 18 post itirməsinə də münasibət bildirib: “Bu gün hər postda 4-5 əsgər dayanır. Postlarımızda daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində çoxları Ermənistanı tərk edib, doğuşların sayı azalıb. Bizim həm də kifayət qədər texnikamız yoxdur. Müqavimət göstərməyə hazır olmalıyıq. Ordu güclənməli, sonra dövlətlər danışıqlar masasına oturmalıdır. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirilməlidir ki, insanlar müharibəyə gözü bağlı getməsinlər. Hərbçi yeni silahlar barədə məlumatlı olmalıdır. Biz əsgərin həyatını qiymətləndirməliyik”.
A. Bozinyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması haqqında da danışıb:
“Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmin vaxt tələb etməliydik".
Oxunub: 2516
Oxşar xəbərlər
- `Azərbaycan ordusu silahları yeniləyib` - General mesaj verdi
- `Azərbaycan əhəmiyyətli bir tranzit mərkəzə çevrilir` - Sekuta
- `Azərbaycan Rusiya ilə tərəfdaşlığı genişləndirir` - İlham Əliyev
- `Azərbaycan-İran sərhədində heç bir problem yoxdur` - DSX rəisi
- `Azərbaycanla bağlı heç bir şübhəmiz yoxdur` - Lavrov
- `Azərbaycanda kişilərin yarısı siqaret çəkir` - Hadi Rəcəbli
- `Azərbaycan İranın yaxşı qonşusudur` - Zərif
- `Azərbaycan və Pakistanın daim yanındayıq` - Çavuşoğlu
- `Azərbaycan Qazaxıstan üçün strateji tərəfdaşdır` - Baş nazirin müavini
- `Azərbaycanda ünvanlı sosial yardım ləğv ediləcək` - Nazir